Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 83 sakin doğma yurda qayıdır. Köç karvanı səhər saatlarında Bakının Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə və ya 83 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.
Eyraz Rüstəmov- Keçmiş məcburi köçkün: "3 nəfər gedirik, amma elə bil ki, ellə-oba ilə gedirəm, mənim üçün bu el-oba hamısı mənimkidir, mənimlə gedənlər hamısı mənim öz doğmalarımdır, sevincimin həddi-hüdudu yoxdur. Allaha çox şükür, bu gündən sonra mənim yaşayışım, həyatım elə gözəl olacaq ki, mən bilirəm 5 gün də yaşasam, kişi kimi- insan kimi yaşayacam, başımız uca olacaq həmişə. Dövlətimizin başı uca olsun, dövlətimiz bizə bu şəraiti yaratdı".
Mahizər Allahverdiyeva- Keçmiş məcburi köçkün: "Qəşəng məhləm var, yer əkəcəm, bostan əkəcəm, inək saxlayacam".
- Baxış: 198