• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 20.10.2023 11:59

Qarabağda partlayıcı qurğularla dolu anbarlar aşkarlanıb

KepezTV Player

MN-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış keçirilib. İçərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanan əldəqayırma partlayıcı qurğularla dolu anbarlar aşkar edilib. Anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı məlum olub. Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Müdafiə Nazirliyi tərəfindən bu barədə rəsmi məlumatlar verilib. Bildirilib ki, Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımalar həyata keçirilib.