• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 20.10.2023 08:24

Daha 83 sakin Laçına yola salınıb

KepezTV Player

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakının Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.