• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 20.10.2023 08:16

Bu gün Zəngilan Şəhəri Günüdür

KepezTV Player

Bu gün - oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür. Bu gün ilk dəfədir qeyd olunur. Belə ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.  Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.