• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 19.10.2023 19:44

20 ildə 20 səfər elmi əsaslarla tədqiq edilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi tərəfindən Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi ilə bağlı kitab nəşr olunub. “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı nəşr 588 səhifəlikdir və burada ölkə başçısının 2003-2022-ci illərdə Gəncəyə etdiyi 20 səfər öz əksini tapıb. Şəhədə görülən işlərlə tanışlıq, yeni obyektlərin açılışı, ictimaiyyət nümayəndələri ilə görüşünə kitabda geniş yer verilib. Nəşrdə arxiv materiallarından da istifadə olunub.
Fuad Əliyev- AMEA-nın Gəncə bölməsinin sədri:  “Tarix elə bir məqam yaratdı ki, mən bu illər ərzində Gəncə şəhərində olmuşam. Demək olar ki, cənab prezidentin hər gəlişində onu qarşılamışıq. Ölkə prezidentinin verdiyi sərəncam, qərar, fərmanların hər biri bizim tərəfdən çalışmışıq ki, həyata keçirilsin. Mən də elmi işçi olaraq, ölkə prezidentinin gördüyü işləri ümumilikdə toplayıb onları nəşr etmək qərarına gəldik”.
Elnur Həsənov- AMEA-nın Gəncə bölməsinin elmi katibi: “Gəncə şəhəri də tarixi şəhər olaraq bu gün inkişaf edən, müasir, elm-təhsil, mədəniyyət mərkəzi kimi bu inkişafdan bəhrələnir. Redaksiya heyəti Gəncə ilə bağlı bu monoqrafiyanı həm də gələcək nəsillər üçün tarixi mənbə kimi saxlayır. Gələcəkdə bu sahədə elmi araşdırmalar aparan tədqiqatçılar burdakı statistik məlumatlarla yanaşı, həm də elmi təhlillə tanış olacaqlar. Gələcəkdə dövlət idarəçilik məsələsində də mühüm mənbə olacaqdır”.

Elnur Vahidoğlu