• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 19.10.2023 15:21

Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb

KepezTV Player

Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov “Bahouddin Nəxşbəndi” memorial kompleksində olub. Komplekslə tanışlıqdan sonra Zakir Həsənov "Buxara" ümumqoşun poliqonuna gəlib. Müdafiə nazirləri arasında görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparılıb. Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Nazirliklər arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.