• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 19.10.2023 15:13

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir

KepezTV Player

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq prosesi davam edir. Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib. Müdafiə Nazirliyindən bildirilib ki, təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.