• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 19.10.2023 11:59

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

KepezTV Player

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir. Müdafiə Nazirliyindən bildirilib ki, bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.