• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 19.10.2023 08:50

Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya qaldırılıb

KepezTV Player

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb. Mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz, Nyu-York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bölgəni ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Çikaqo şəhərində Azərbaycan bayrağı ucaldılıb

Çikaqo şəhərinin mərkəzində də Azərbaycan bayrağı ucaldılıb. Şanlı bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – "The Daley Center"də dalğalanıb.