Milli Məclis İspaniya Senatının anti-Azərbaycan xarakterli qərəzli bəyanatını pisləyib. Bu barədə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyən İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi anti-terror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan hökuməti Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirləri uğurla davam etdirir.", - deyə bəynatda qeyd edilib.
- Baxış: 237