• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 18.10.2023 15:26

“Dəmir yumruğ”un gücünü göstərən Qarabağ Zəfəri

KepezTV Player

Azərbaycan dövləti ötən 20 il ərzində əsrlərə bərabər inkişaf yolu keçib. Prezident İlham Əliyev xalqımızın taleyüklü Qarabağ problemini aradan qaldırdı. Millət vəkili Müşfiq Cəfərov Kəpəz tv-yə açıqlamasında bildirib ki, İlham Əliyevin Prezidentlik dövrü bütöv Azərbaycan tarixinin böyük fəxarətlə daim anacağı bir dövr kimi yadda qalacaq. Xankəndidə və digər əzəli torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasını tarixi hadisə kimi dəyərləndirən deputat əlavə edib ki, Qarabağ Zəfəri “dəmir yumruğ”un gücünü göstərdi.