• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 17.10.2023 15:59

Ceyhun Bayramov ilə Ceyms Kleverli arasında telefon danışığı olub

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı olub. İki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub. Ceyhun Bayramov Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal anti-terror tədbirləri nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib. Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı, bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.