• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2406
— 17.10.2023 14:27

Tələbələr təqaüd proqramı barədə məlumatlandırılıblar

KepezTV Player

"Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində Gəncədə tələbələrlə görüş keçirilib. Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin 1-ci və 4-cü kurslarında, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələrə layihə və Macarıstanda təhsil imkanları barədə məlumat verilib. Hökumətlərarası təqaüd proqramı və Macarıstanda təhsil, həyat, fürsətlər və inkişafa aparan yol barədə çıxışlar edilib. Tələbələrə aydın olmayan, maraq doğuran məqamlara sual-cavab şəklində aydınlıq gətirilib. Çıxışlar yekunlaşdıqdan sonra Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə diplomatı Monika Felföldi tərəfindən tələbələrə Macarıstanla bağlı test sualları təqdim edilib. Test suallarını doğru cavablayan tələbələrə hədiyyələr təqdim edilib.

Raqif Hüseynov- ATU-nun prorektoru: ““Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində universitetimizin bakalavr və magistr tələbələri ilə görüş keçirildi. Bugünkü görüş çərçivəsində iştirak edən bakalavr və magistr tələbələrimiz həmin bu təqaüddən istifadə edərək təhsillərini Macarıstanda bakalavr, magistr və ya doktorantura səviyyəsində davam etdirə bilərlər”.

Pərvin Abbaszadə