• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 16.10.2023 19:57

Suqovuşanın Turizm Potensialı

KepezTV Player

Suqovşanın turizm potensialının geniş olması gələcəkdə bura turistlərin böyük axın edəcəyini deməyə əsas verir. Artıq bu istiqamətdə əməli işlərə də başlanılıb.

1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan İstirahət Parkı 7,5 hektar ərazini əhatə edir. Park salınarkən ərazinin təbii relyefi qorunub. Ərazidə uşaqlar üçün əyləncə meydançası quraşdırılıb.

Parkda 3 “golf cart” turistlərin istifadəsinə verilib. Geniş yaşıllıq işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib. Birinci mərhələ çərçivəsində salınan İstirahət Parkının ərazisi su anbarının yaxınlığında yerləşən qədim alban məbədinə qədər uzanır.

Anbarın ətrafında yerləşən Bayraq meydanı isə parka adaptasiya olunacaq. Suqovuşan su anbarı 96 min hektardan çox torpaq sahəsinin su təminatında rol oynayır. Qəsəbənin 22 km. məsafədə yerləşən Naftalan şəhərinin turizm potensialı nəzərə alınaraq, vahid turizm məkanına çevrilməsi nəzərdə tutulub.

Azad Mustafayev