• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 12.10.2023 17:45

İstedadlı gənc | Dekor, dizayn işləri üzrə

Peşə seçimi gənclərin həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Bununla yanaşı, düzgün peşə seçən insan zamanla öz sahəsinin mütəxəssisinə də çevrilə bilir. Bu gün isə dekor və dizayn peşəsi üzrə mütəxəssis Zərifə xanımın dekorasiya dünyasına bələd olacağıq. O, bizə bu sahəyə necə marağı yarandığı, həmçinin işinin çətin tərəflərinin nə olduğu haqda məlumat verəcək.

Zərifə Əliməmmədova- dekor və dizayn işi üzrə mütəxəssis: Mənə əziz olan insanlara hədiyyə düzəltməyi hər zaman çox sevmişəm. Zamanla anladım ki, bu işdə daha da professionallaşmaq lazımdır. Yəni bunu  gəlir mənbəyi olan bir işə çevirməliyəm və beləcə başladım işləməyə. Həm bir işi sıfırdan yaradıb, həm də satışı ilə məşğul olmaq bəzən insanı yorur. Yenə də işimi çox sevdiyim üçün bütün yorğunluqlar itir.

Əlbəttə ki, hər sahənin özünəməxsus asan və çətin tərəfləri var. Lakin işimizi və peşəmizi seviriksə, hər bir şeyin öhdəsindən gələcəyimiz barizdir. Zərifə xanım danışdıqca, məşğul olduğu sahə marağımı o qədər çəkdi ki, dedim yox,  bu sualı mütləq verməliyəm və verdim. Söhbətimizin bu yerində istəyirəm sizə daha bir sual verim. Maraqlıdır, hazırda dizayn sahəsinə münasibət hansı yöndədir? Həm mənfi, həm də müsbət tərəfdən? Bir az da bu haqda danışaq.

Zərifə Əliməmmədova- dekor və dizayn işi üzrə mütəxəssis: “Dizayn və icəsənət çox geniş bir sahədir və son illərdə bu sahəyə - bizim işimizə maraq artıb. Gənclər, ən çox da xanımlar arasında həvəskarlıqdan çıxıb, artıq professional bir işə çevrilibdir. Mənfi bir tərəfi yoxdur, ancaq dediyim kimi, bu işə başlayanda heç kim düşünməsin ki, çox asan olacaq, əslində yorucu bir peşədir. Lakin insan bir işi sevərək görəndə, o yorğunluq da ona xoş təəsürat bağışlayır. Sonda o gözəlliyi görəndə həvəsin daha da artır.

Bu sahəyə marağı olan gənclərə necə örnək olmaq lazımdır?

Zərifə Əliməmmədova- dekor və dizayn işi üzrə mütəxəssis: Dekor və dizayn dedikdə, ağıla bir çox sahə gəlir. Gənclərə məsləhətim o olar ki, hansı onlara maraqlıdırsa, onun üstündə çalışsınlar və əgər təhsili varsa o sahənin təhsilini alsınlar ki, gələcəkdə öz şəxsi bizneslərini qurduqda bu onlara həm maddi, həm də mənəvi dəstək olacaq.

Gənclərə peçə seçimi ilə bağlı hansı məsləhəti verərsiniz?

Zərifə Əliməmmədova- dekor və dizayn işi üzrə mütəxəssis: Gənclərə məsləhətim olar ki, hər zaman istədikləri peşənin arxasınca getsinlər. Hər bir işdə çətinlik, yoxuşlar olur ki, o yoxuşlardan aşağı da düşürük, yuxarı da qalxırıq. Çalışsınlar həvəsləri ölməsin və hər zaman ayağa qalxıb, yenidən cəhd etsinlər.

Bəli, demək olar ki, dekor və dizayn peşəsinə aid bütün məlumatları öyrəndik. Həm rəngarəng, həm də  insanların zövqünü oxşayan bu peşə bir çox insanın maraq dairəsindədir. Məşhur olan o cümləni mən də demək istəyirəm: “Hansı peşəni seçməyinizdən asılı olmayaraq çalışın öz peşənizin peşəkarı olun yetər”.

Lalə Bağırova