KepezTV Player
Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakının Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 96 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.
- Baxış: 238