• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2570
— 15.10.2023 21:00

Prezident Suqovuşanda istirahət parkının açılışında iştirak edib

KepezTV Player

Prezidenti İlham Əliyev Tərtər rayonuna səfər edib. Dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib. Parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib

Prezident İlham Əliyev Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranıb. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək. Prezident İlham Əliyev Suqovuşan su anbarını işə salıb.
Prezident Sərsəng su anbarının ərazisində Dövlət Bayrağını ucaldıb

Azərbaycan Prezidenti Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider açılışda şəxsən iştirak edib. Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir.
Prezident Ağdərə şəhərində Dövlət Bayrağını ucaldıb

Dövlət başçısı Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.
Prezident Xankəndidə Dövlət Bayrağını ucaldıb

Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Prezident Şuşa rayonunun Malıbəyli kəndində olub

Prezident Şuşa rayonunun Malıbəyli kəndində də olub.
Prezident Xocalı şəhərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaldıb

Azərbaycan Prezidenti Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Dövlət başçısı həmçinin, Əsgəran qalasında olub
Prezident Xocavənd şəhərində Dövlət Bayrağını ucaldıb

Prezident Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanışlıq

Prezident İlham Əliyev Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub.