KepezTV Player
Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyirlər. 44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq. Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan evi açılacaq. "Biz türk dövlətləri birlikdə daha uğurlu nəticələr əldə edə bilərik. Bizi bir birimizə bağlayan xalqımıza, qəhrəmanlarımıza təşəkkür edirəm və Azərbaycana bu səfərimiz önəmli bir hadisədir", - deyə o, əlavə edib.
- Baxış: 225