• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 14.10.2023 16:08

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

KepezTV Player

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib. Bəyannamədə Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür ifadə olunub. Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğu qeyd olunaraq Forumun iki ildən bir keçirilməsi təklif edilib.