Ermənistanın hərbi cinayətləri davam edir, basdırdığı minaların can alması formasında. Hələ nə qədər can alıb, neçə nəfəri sağlamlığından edəcək bilinmir. Ermənistan tərəfindən basdırılan minaların yerləri kimi.
Dünyada ən böyük problemlərdən biri də mina ilə çirklənən ərazilərlə bağlıdır. Azərbaycan bu baxımdan ilklər sırasındadır. Ermənistanın işğalının nəticəsi olan bu hal həm can alır, həm xəsarət yeririr, həm də ziyan vurur. Vətən müharibəsindən ötən 3 il müddətində bunun bir daha bariz nümayişini görürük.
Elxan Şahinoğlu- siyasi şərhçi: “Vətən müharibəsi bitsə də, təəssüflər olsun ki, mina qurbanlarının sayı azalmır. İnsanlar həlak olurlar. Ermənistan bu təxribatçı siyasəti illərdi aparır və bu gün də davam etdirir. Halbuki mina xəritələrini Azərbaycana verməli idi. Amma vermədi. Hələ üstəgəl 2-ci Qarabağ müharibəsindən sonra əksinə əraziləri yenə də minaladı. Elə indinin özündə də. Azərbaycan ordusu Qarabağın tamamını azad etsə də, Xankəndinin özündə mina tələləri var. Azərbaycana zərər vermək üçün qəsdən bu işləri görürlər”.
Qarabağda mina terrorunun qurbanlarının sayı getdikcə artır. Təkcə vətən müharibəsindən sonra 333 şəxsin minaya düşərək həlak olması və ya sağlamlığını itirməsi bunun əyani təsdiqidir. Politoloq Elxan Şahinoğlu deyir ki, bu gün dünya dövlətləri, beynəlxalaq təşkilatlar Ermənistana mina məsələsi ilə bağlı yetərincə təzyiq göstərmirlər.
Elxan Şahinoğlu- siyasi şərhçi: “Çox təəssüf ki, beynəlxalq aləm də mina qurbanlarına, terroruna gərəkli münasibəti bildirmir. Ermənilər məsələ qaldıranda ona dərhal cavab verilir. Amma söhbət erməni təxribatından, mina məsələlərindən gedəndə, insanlarımız bu ərazilərdə həlak olanda, beynəlxalq aləmdə buna adekvat bir reaksiya, Ermənistanı tənqid edən, bu hərəkətini pisləyən bəyanatlar çox təəssüf ki, eşitmirik. Bu da beynəlxalq aləmin məsələlərə ikili standartlardan yanaşmasının bir nümunəsidir”.
Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı məsələlərdə olduğu kimi, mina məsələsində də qeyri-səmimi mövqedən çıxış edir. Gah məsələnin şərh edilməsindən imtina edir, gah da mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürür.
Sədrəddin Soltan- siyasi şərhçi: “2020-ci il noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanatın müddəlarından biri də minalanmış ərazilərin xəritələrinin rəsmi Bakıya təqdim olunmasıdır. Ermənistan tərəfi bu öhdəliyi yerinə yetirməməklə sübut edir ki, acizdir. Beynəlxalq münasibətlərdə Ermənistan hakimiyyəti ilə, rəsmiləri ilə müxəlif məslələrə bağlı müzakirələr aparmaq, onun verdiyi sözə əməl etməyini gözləmək sadəlövlükdür. Azərbaycan ərazisində isə mina qurbanlarının sayı artıq 333-ə çatıb, bu o deməkdir ki, Ermənistan hakimiyyəti Azərbaycanda mina ilə soyqırım həyata keçirir”.
Bu gün işğaldan azad olunan ərazilərdə minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Proses ölkəmizin daxili resursları hesabına aparılır. Məqsəd mina terrorundan da Azərbaycanın öz gücü hesabına qurtulmaqdır. Elə vətəndaşlarının sağlamlığını da.
Aişə Rzayeva
- Baxış: 280