• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1340
— 13.10.2023 19:15

Simvolik olaraq 20 ədəd çinar ağacı əkilib

KepezTV Player

İlham Əliyevin prezident seçilməsinin 20 illiyi münasibəti ilə Gəncədə iməclik keçirilib. Aksiya Nizami Gəncəvinin məqbərəsinin ətrafında təşkil edilib. Ərazidə təmizlik işləri aparılmaqla mövcud ağacların dibləri bellənib, qurumuş budaqlar kəsilib. Həmçinin ölkə rəhbərinin 20 illik prezidentlik dönəmini xarakterizə etmək üçün simvolik olaraq  20 ədəd çinar ağacı əkilib və xatirə löhvəsi qoyulub. 

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri: “Gənclərimiz də zaman-zaman bu ağaclara baxanda xatırlasınlar ki, bu ağacların əkilməsində bizim zəhmətimiz olub. Necə ki, bizim bu gənclərin hər birinin bu gün Azərbaycanın bütövlüyündə öz zəhmətləri var. Necə ki, bizim gənclərin hər biri bütövlükdə ümummilli lider Heydər Əliyev siyasəti ətrafında sıx birləşirlər. Layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin dəmir yumruğunun ətrafında sıx birləşirlər, birliyimizin bərabərliyin təmin olunmasında öz zəhmətlərini əsirgəmirlər. Canlarını-qanlarını əsirgəmirlər. Bu aksiyada da çox aktiv iştirak etdilər. Düşünürük ki, şəhərimizin həm təmizliyinə, həm mədəni həyatına bir töhfə vermiş olduq”.

Elnur Vahidoğlu