• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 11.10.2023 14:48

Dövlət qulluqçuları üçün təlim keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən yerli və mərkəzi icra hakimiyyəti orqanların yerli bölmələri, nazirliklərin, komitələrin və xidmətlərin Gəncədə yerləşən regional bölmələri üçün təlim keçirilib. Təlimdə dövlət qulluqçularına dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müxtəlif məsələlər izah edilib. Həmçinin dövlət qulluğuna qəbul və digər proseslərin müəyyənləşdirilməsi yolları haqqında da məlumat verilib. Bundan başqa, Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, mübahisələrin idarə edilməsi modulu və etik davranış, eyni zamanda korrupsiyaya qarşı mübarizə ilə bağlı mövzular da iştirakçıların diqqətinə çatdırılıb. Bu ilin avqsut ayından başlanılan təlimlər 10-a yaxın rayonda keçirilib və ilin sonuna kimi davam edəcək.

Mirzəağa Yaqubzadə- DİM-in Hüquqi təminat sektorunun əməkdaşı: “Gözləntilər dövlət qulluqçularının eyni zamanda regionlarımızda, rayonlarımızda yaşıyan şəxslərin dövlət qulluğuna dair qanunvericiliyindən məlumatlandırılması, onların qəbul olunan zaman daha düzgün seçim eləməsi, eyni zamanda qanunun tətbiqində əgər hüquqları pozulursa öz hüquqlarından xəbərdar olmasını təmin etməkdir”.

Kamal Ələkbərov- iştirakçı: “Biz, dövlət qulluqçularının şəxsi keyfiyyətlərinin, o cümlədən qanunvericilik barəsində məlumatlandırılmasında böyük rol oynayır. Daim vətəndaşlarla münasibətdə bu işə yüksək diqqətlə yanaşırıq ki, bizim vətəndaşlarımız dövlət qulluqçularından və müvafiq dövlət qurumlarından razı qalsın”.

Ramil Əzizov- iştirakçı: “Yaranmış sualları tətbiq edirik. Bu da bizə birbaşa köməkdir. Amma sadəcə olaraq gündəlik bu dövrdə hansı bizə kömək edir. Ümumiyyətcə hansı qanunları, hansı sualları tətbiq eləmək və onları aradan qaldırmaq lazımdır”.