• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1195
— 10.10.2023 20:19

Prezident səfirlərlə bağlı sərəncam imzalayıb

KepezTV Player

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Hindistan , eyni zamanda, Şri-Lanka , Maldiv , Nepalda, Banqladeş və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısı Ruslan Rafael oğlu Nəsibovun Azərbaycanın Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.