• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 10.10.2023 16:00

Bu gün Bakıdan Füzuli şəhərinə yola düşən 21 ailə doğma yurduna çatıb

KepezTV Player

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb. 21 ailə olmaqla 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanıb.