• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 10.10.2023 15:29

İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb

KepezTV Player

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib. İsrail ordusu HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücum edir. İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS-ın bir sıra terrorçu hədəflərinə zərbələr endirib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər. Həmçinin, HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə hücum edilib.