• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 10.10.2023 11:55

Öldürülən 14 yaşlı azərbaycanlı qızın "həyat yoldaşı" saxlanılıb

KepezTV Player

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı həyat yoldaşı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Alim Sadiqov saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, o, 3 günlük axtarışlardan sonra tutulub. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco Bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı odlu silahdan atəş açaraq qətlə yetirib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Alim Sadiqovu təqsirləndirilən şəxs qismində yaxalayıb, cinayətdə istifadə olunan odlu silahı sübut kimi götürüblər. Faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan qızı qaçırma, ailə üzvünü qəsdən öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə cinayət işi açılıb. Hadisə oktyabrın 5-də qeydə alınıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.