• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 09.10.2023 15:30

"Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb"

KepezTV Player

Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​deyib. Onun sözlərinə görə, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb: “Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq”, - deyə türkiyəli nazir qeyd edib.