• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 05.10.2023 18:30

Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilib

Təşkilatında Azərbaycanın sədrliyi çərçivəsində 4-5 oktyabr tarixində İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. Qeyd edilən iclaslarda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilib. Sonda İqtisadi Əməkdaşlıq Təşkilatının bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.