• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1938
— 05.10.2023 16:49

Ulu Öndərin yubileyi ilə bağlı tədbir

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. YAP-ın Mərkəzi Aparat idarə heyətinin tədbirlər planına əsasən reallaşan yığıncağın əvvəlində ulu öndərin ölkəmizin həyatında gördüyü işlər, onun davamçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qazanılan qələbələrin əks olunduğu videoçarx nümayiş etdirilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin formalaşmasında, inkişaf etməsində böyük rolunun olduğunu, onun sayəsində ölkəmizin Cənubi Qafqazda ən güclü dövlətə çevrildiyini diqqətə çatdırıblar. Eyni zamanda o da qeyd olunub ki, son illər hərb meydanında əldə etdiyimiz nailiyyətlər ulu öndərin ötən əsrin axırlarında həyata keçirdiyi uzaqgörən siyasətinin bəhrəsidir. Tədbirin sonunda YAP fəallarına təşəkkürnamələr və partiyaya üzv olan gənclərə vəsiqələr təqdim olunub.