• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 05.10.2023 15:29

"Xəzri-2023" birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilib

KepezTV Player

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir. Müdafiə Nazirliyinin məlumatına görə, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.