• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 05.10.2023 09:18

Bu gündən bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır

KepezTV Player

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 11-dan oktyabrın 12-si saat 11-dək miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.