• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 04.10.2023 19:43

Qarabağın daha 15 erməni sakini vətəndaşlıq üçün Azərbaycana müraciət edib

KepezTV Player

Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib. Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan  vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb.