• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 04.10.2023 16:23

XİN fransalı nazirin açıqlamalarına şərh verib

KepezTV Player

"Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik". Bu barədə Xarici İşlər Nazirliyinin Ketrin Kolonnanın açıqlamalarına şərhində bildirilib. Qeyd edilib ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Rəsmi Parisin bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
"Fransanın hər zaman Ermənistanın dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Fransanın olduğunun bildirilməsi Fransanın son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib. Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir".