• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 04.10.2023 16:12

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb

KepezTV Player

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Şəhid Veysəl Qasımov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb. 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb.