• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 03.10.2023 08:58

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

KepezTV Player

Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib. O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil. ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.