• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 02.10.2023 20:58

Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb

Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb. Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib. Ağdamdan səfər edən missiya Xankəndi şəhərində olub, burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirilib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olunub.