• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 02.10.2023 19:21

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb

KepezTV Player

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb. Bu barədə Minatəmizləmə Agentliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bundan əlavə, 4 550,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.