• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 02.10.2023 16:07

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

KepezTV Player

Xankəndidə Azərbaycan radio-televiziya yayımı təmin olunur. Sentyabrın 29-da Yevlaxda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, aparılan radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə ölkəmizin yeddi radio və doqquz televiziya proqramının, eləcə də çağırışların onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 tezliklərində FM radio və 674 tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub.