• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 02.10.2023 09:25

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu barədə ölüm hökmü çıxarılıb

KepezTV Player

İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb. Bu barədə Azərbaycan Dövlət Televiziyası məlumat yayıb. Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.