• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 30.09.2023 21:05

Tutuquşuları yanaraq tələf oldu

KepezTV Player

  Bu gecə Gəncənin Etibar Qurbanov küçəsində baş verən yanğında zamanı 8 növdə 1600 ədəd dekorativ quş tələf olub. Tutuquşulan 2 mərtəbəli olan qarajın mansarında olubmuş. Eyni zamanda qarajda olan 2 ədəd VAZ 2104 markalı minik maşını, 1 ədəd motorsiklet də yanaraq tamamilə yararsız hala düşüb. 1995-ci il təvəllüdlü Natiq Məmmədova məxsus ümumi sahəsi 240 m² olan tikilidəki yanğının söndürülməsinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkldaşları  alovu ram edərək yanğının evin qalan hissəsinə keçməsinə imkan verməyiblər. Qatı tüstü nəticəsində yanan tikiliyə bitişik evlərdən 5 nəfər təxliyyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.