• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 29.09.2023 19:48

II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar

KepezTV Player

Zəngilanda II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları işğaldan azad edilən və Azərbaycan dövləti tərəfindən “ağıllı” kənd konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndində olublar.  50-dən çox ölkədən 450-yə yaxın yerli və xarici nümayəndəyə Ağalı barədə ətraflı məlumat verilib. Qonaqlar ağacəkmə aksiyasında iştirak edib, yeni əkilən tinglərə qulluq göstəriblər.