• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 29.09.2023 19:37

Yeni günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur

KepezTV Player

Naxçıvan əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malikdir. Şəhərdə külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması nəzərdə tutulur. Ən azı 1000 MVt-nın ixraca yönləndirilməsi əsas prioritetdi. Energetika naziri Pərviz Şahbazov Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə üçüncü Enerji Forumunda bildirib ki, “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir. Nazirin sözlərinə görə, “Masdar” şirkəti ilə də ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.