• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2433
— 29.09.2023 18:48

Xankəndi yaxınlığındakı partlayışla bağlı axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb

KepezTV Player

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.