• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 29.09.2023 18:34

Ceyhun Bayramov Rusiya Prezidentininin xüsusi nümayəndəsi ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentininin müşaviri, Rusiya  Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb. Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, Azərbaycanın anti-terror tədbirlərindən sonra bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb.