• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 29.09.2023 17:06

YAP və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib

KepezTV Player

 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Gəncədə gənclərlə görüş keçirilib. YAP Gəncə şəhər təşkilatının və şəhər Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə reallaşan görüşdə müstəqil Azərbaycanın uğurlara imza atmasında özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri birləşdirən Yeni Azərbaycan Partiyasının mühüm roluna toxunulub. Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verilib, Ümummilli liderin Azərbaycan gəncliyinin qarşısına qoyduğu əvəzolunmaz hədəflərdən danışılıb. Gəncə şəhəri və ətraf rayonlardan olan gənclər  maraqlandıran suallar Ağsaqqallar Şurasının üzvləri  tərəfindən cavablandırılıb.

Misir Mərdanov- Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü: "Mən və Vahid Novruzov YAP Veteranlar Şurasının üzvü kimi burada iştrak edirdik. Gənclərlə görüşdük , öz sözümüzü dedik, çoxsaylı sualları eşitdik, o suallara münasibətimizi bildirdik. Mən şəxsən bu tədbirdən çox razı qaldım. Düşünürəm ki, belə tədbirləri tez-tez keçirmək lazımdır".

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri: "Görüşdə əsas məqsəd gənclərimizə YAP dünəni, bugünü və gələcəyi ilə bağlı məlumatları çatdırmaq və Ümumilli Lider Heydər Əliyevin birbaşa özünün idarəçiliyində işləmiş insanlardan Heydər Əliyevin Azərbaycan üçün etdiklərini gənclərimizə diktə etdirmək və təbliğ etməkdən ibarət idi".