KepezTV Player
Bu ilin 8 ayında istehlakçılara 99,7 milyon manat Əlavə Dəyər Vergisi geri qaytarılıb. ƏDV-nin bir hissəsinin qaytarılması üçün "edvgerial" portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. Eyni zamanda indiyədək ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yeni nəsil nəzarət-kassa aparatından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
- Baxış: 433