• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 28.09.2023 20:04

Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib

KepezTV Player

31 il sonra Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasəti nəticəsində  Azərbaycan ərazilərində qanunsuz fəaliyyətdə olan “Respublika”  tarixin zibilliyinə atıldı. Belə ki, Xankəndidəki qondarma rejim özünü buraxıb. Qondarma hökümətin ləğv edildiyini separatçıların başçısı Samvel Şahramanyan açıqlayıb. Açıqlamada qeyd olunub ki, 2024-cü il yanvarın 1-dək qanunsuz xunta rejiminin tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və qondarma hökümətin mövcudluğu dayandırılsın, Qarabağın erməni əhalisi gələcəkdə orda qalma mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.