KepezTV Player
Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü baş tutub. Görüş çərçivəsində Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri barədə təqdimatla çıxış edib. O bildirib ki, şirkət monitorinqdən sonra həm “Anglo Asian Mining” şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər hazırlayıb.
- Baxış: 212