• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 28.09.2023 13:46

30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslər dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib. Şəhid doğulduğu evdə vida mərasimi keçirilir.  İtkin düşən Cahid Şəfa oğlu Nağıyevin və Cahangir Məmi oğlu Xələfovun nəşləri də 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılaraq ailəsinə təhvil verilib. Şəhidlərlə doğulduqları evdə vida mərasimi keçirilib. Şəhid Cahid Nağıyevin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır. Cahangir Xələfov Şüvəlan qəbiristanlığında torpağa tapşırılacaq.