Şəmkirdə də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağı rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirilib. RİH başçısı Rəşad Tağıyev, Millət vəkili Kamran Bayramov, rayonun müvafiq strukturlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti tərəfindən Abidə Kompleksinin önünə əklil qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda qanından və canından keçənlərin daim qəlblərdə yaşayacağına diqqət çəkilərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazanılan qələbənin memarı olduğu xatırladılıb. Qarabağ müharibəsinin Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı olduğu vurğulanıb. “Dəmir Yumruğ”un qazandırdığı zəfərin son antiterror tədbirləri nəticəsində məntiqi sonluğuna çatdığına diqqət çəkilib. Qəhrəman qazilərin və şəhidlərin döyüş yolundan danışılıb, şəhid övladlarının, məktəblilərin təqdimatında əbədi-bədii kompozisiya təqdim olunub. Şəmkir şəhərinin bəzi küçə və prospektlərində, eyvanlarda bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.
Vüsalə Cənnətova
- Baxış: 219